Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunanlar oktyabrın 26-dək qeydiyyatdan keçməlidirlər
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlər oktyabrın 26-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtinası kimi qiymətləndiriləcək. Oktyabrın 23-ü saat 15:30-a olan məlumata görə, qəbul olunan abituriyentlərin 45 faizi qeydiyyatdan keçib. Abituriyentlərin qeydiyyatı onlayn qaydada aparılır.