Hüseyn Cavid anadan olmasının 138-ci ildönümündə anıldı - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ədibin Ev Muzeyində keçirilən tədbirdə nazir Natəvan Qədimova ulu öndər  Heydər Əliyevin görkəmli şair, dramaturq Hüseyn Cavid irsinə göstərdiyi diqqətdən danışıb.Vurğulanıb ki, ümummilli liderin təşəbbüsü ilə 1982-ci ildə dramaturqun nəşinin Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilməsi ədəbiyyatımız, mədəniyyətimiz, xalqımız üçün əlamətdar hadisə olub. Məhz ulu öndərimizin şəxsi təşəbbüsü və himayəsi ilə 1996-cı ildə Naxçıvan şəhərində Hüseyn Cavid məqbərəsi tikilib, Bakıda Hüseyn Cavidin ev-muzeyi açılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 15 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Hüseyn Cavidin 125 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən hər il oktyabr ayının 24-ü Naxçıvan Muxtar Respublikasında Hüseyn Cavid Poeziya Günü kimi qeyd olunur.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev çıxış edib.  

Sonda Hüseyn Cavidin Ev muzeyinin zəngin ekspozisiyasına baxış olub.

Nurlana Əhmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: