Düşmən təcavüzünün qurbanı olan şagirdlər

A- A A+

Oktyabrın 24-də səhər saatlarında Ermənistanın silahlı qüvvələri tərəfindən Goranboy və Tərtər rayonları raket və ağır artilleriyadan atəşə tutulub.

Təhsil Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində 2004-cü il təvəllüdlü Orxan İsmayılzadə həlak olub. Belə ki, həmin raketlərdən biri Orxanın yaşadığı həyətə düşüb. Orxan rayonun Xoruzlu kənd tam orta məktəbində 10-cu sinifdə təhsil alırdı.

Həmçinin oktyabrın 17-də düşmən tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət alan 2007-ci il təvəllüdlü Artur Mayakov göstərilən tibbi yardımlara baxmayaraq, bu gün stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. Artur Gəncə şəhəri K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi idi.

Qeyd edək ki, düşmən təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli isə yaralanıb. 40-a yaxın məktəbə ciddi ziyan dəyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: