NDU-nun rəsmi internet saytı yenilənib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, rəsmi internet saytı (ndu.edu.az) müasir proqram təminatı və tərtib olunmuş alqoritm əsasında yenidən hazırlanıb. 

Bu münasibətlə keçirilən təqdimat mərasimində çıxış edən universitetin rektoru Elbrus İsayev qeyd edib ki, yenilənmiş saytın əsas  məqsədi müasir iş prinsiplərinin və innovativ yeniliklərin tətbiqi, rabitə və internet xidmətləri sahəsində fəaliyyəti gücləndirmək, kütləvi informasiya vasitələri ilə əlaqələrin daha dinamik və operativ şəkildə qurulmasını təmin etməkdir. Rektor diqqətə çatdırıb ki, saytın gələcəkdə rus və ingilis dili versiyalarının da yenilənməsi üzərində iş aparılır.

Yeni sayt “Universitet haqqında”, “Administrasiya”, “Elm və Təhsil”, “Elmi əsərlər jurnalı”, “Sosial-mədəni mühit”, “Tələbə təşkilatları”, “Bizimlə əlaqə”  və s. bölmələrdən və ümumilikdə 120 səhifədən ibarətdir. Universitetin ilkin qısa təsviri ilə istifadəçilər əsas səhifədə, virtual səyahət bölməsi vasitəsilə universitetlə tanış ola bilərlər. “Xəbərlər və elanlar” bölməsində  universitetdə keçirilən tədbirlərə dair xəbərləri izləmək mümkündür. 

Vurğulanıb ki, saytda eyni zamanda universitetin daxili elektron sənəd dövriyyəsi sistemi (nsu.edu.az), universitetin elektron kitabxanası (lib.ndu.edu.az), dərs, imtahan və digər elektron cədvəlləri əks etdirən E-cədvəl veb tətbiqi və Elekton təhsil sistemi (lms.nsu.edu.az) portalına birbaşa keçid imkanı, ndu.edu.az elektron poçt ünvanından istifadə üçün E-poçt bölməsi də yaradılıb.

Saytın rektora müraciət bölməsində istifadəçilər ərizə formasını doldurmaqla birbaşa rəhbərliyə öz müraciətlərini ünvanlaya bilərlər. 

Diqqətə çatdırılıb ki, saytda ilk dəfə yaradılan onlayn sənəd qəbulu bölməsində Naxçıvan Dövlət Universitetinin tələbəsi adını qazanmış istənilən abituriyent universitetə gəlmədən onlayn qeydiyyatdan keçə bilər. İmtahan nəticələri bölməsi vasitəsilə tələbələr istənilən yerdən sayta daxil olaraq imtahan nəticələri barədə məlumatı əldə edə bilərlər.

Saytda universitetin Elmi əsərlər jurnalı üçün ayrıca səhifə də hazırlanıb və keçid verilib.         
                                                                                                 

Səadət Əliyeva
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: