Məktəblilər üçün muzeylərdə açıq dərslər keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, açıq dərslər Təhsil Nazirliyinin təşkilatçılığı ilə Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Muzeyində baş tutub.
Şagirdlər Xatirə Muzeyində saxlanılan 31 Mart Soyqırımı, 20 Yanvar faciəsi və 26 Fevral Xocalı Soyqırımına aid fotoşəkillər, arxiv materialları və ümummilli lider Heydər Əliyevin bu hadisələrlə bağlı imzaladığı Sərəncamlarla tanış olub. Həmçinin onlara Qarabağ müharibəsi və müxtəlif dövrlərdə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüşlər zamanı Vətən oğullarının qəhrəmanlıq yolu barədə məlumat verilib.
"Hüseyn Cavid və Azərbaycan dramaturgiyası" mövzusunda keçirilən açıq dərsdə isə şagirdlər dramaturqun əsərlərinin əlyazmaları, xatirə əşyaları və əsərləri barədə məlumat alıblar. Muzeydə saxlanılan eksponatlarla tanışlıq zamanı bildirilib ki, muzey ümummilli lider Heydər Əliyevin təşəbbüsü və səyləri nəticəsində 1981-ci ildə yaradılıb.
Xosrov İbrahimov