“Uğrunda ölən varsa, Vətəndir” - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, eyniadlı tədbir Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsində baş tutub.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Diqqətə çatdırılıb ki, Ali Baş Komandanımız İlham Əliyevin yeritdiyi siyasət, xalqımızın verdiyi dəstək, ordumuzun gücü sayəsində artıq bir aydan çoxdur ki, şanlı tarixə imza atırıq. Bu da ordumuzun Cənubi Qafqazda ən güclü ordulardan biri olduğunun bariz nümunəsidir. Vurğulanıb ki, Azərbaycan öz torpağı üzərində mübarizə aparır və haqqını tələb edir.

Sonra tələbə və şagirdlərin vətənpərvərlik mövzusunda hazırladıqları musiqi nömrələri səsləndirilib.  Bədii qiraət dinlənilib.

Qeyd edək ki,şagirdlərin də tələbələrlə birgə tədbirdə iştirak etməsi onların vətənpərvər ruhda böyüməsi üçün xüsusi əhəmiyyətə malikdir.

              Telli Mustafayeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: