AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov İran İslam Respublikasının Təbriz Universitetində keçirilən “Şəhriyar Elm və Mədəniyyət” beynəlxalq konfransında iştirak edib.
Azərbaycan, Türkiyə və Gürcüstan ədəbiyyatşünaslarının "Zoom" proqramı ilə qatıldığı beynəlxalq tədbirdə Fərman Xəlilov “Ustad Məhəmmədhüseyn Şəhriyarın Mirzə Əli Möcüz Şəbüstərinin ədəbi irsinə münasibəti” adlı məruzəsi dinlənilib. Alim tədqiqat materialları əsasında görkəmli şair Məhəmmədhüseyn Şəhriyarın Möcüzün ədəbi irsi ilə necə tanış olmasından söz açıb, onun Möcüz yaradıcılığına verdiyi yüksək qiymətdən danışıb və Möcüzün ədəbi ənənələrinə bağlılığının bəzi məqamlarını konfrans iştirakçılarının diqqətinə çatdırıb.