Dekabrın 1-dək uşaq bağçalarının fəaliyyəti dayanır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev oktyabrın 30-da keçirilən brifinqdə deyib.
Nazir qeyd edib ki, bu müddət ərzində ölkədəki epidemioloji vəziyyət nəzərə alınaraq bağçaların mərhələli şəkildə fəaliyyətə başlaması müzakirə olunacaq.