Tədris ilinin sonunda şagirdlər vahid prinsip əsasında qiymətləndiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev oktyabrın 30-da keçirilən brifinqdə deyib.
Nazir qeyd edib ki, tədris ilinin sonuna qədər təhsil bu və ya digər formada davam etdiriləcək. Pandemiya şəraitinin gedişindən asılı olaraq müəyyən mərhələdə əyani tədris bərpa oluna bilər.