Naxçıvan Bölməsində tələbələrin tərcümə etdiyi nümunələr müzakirə olunub

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, müzakirə olunan nümunələr Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və Xarici dillər fakültəsinin “Tərcümə” (Fars-Azərbaycan) ixtisası üzrə II və III kurs tələbələri tərəfindən tərümə olunub.

Tədbirdə Əlyazmalar Fondunun direktoru, filologiya elmlər doktoru Fərman Xəlilov tələbələrin bacarıq və vərdişlərində bu cür tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb.

Tələbələrin tərcümə etdiyi “Dilimiz varlığımızdır”, “Qarabağ düşmən tapdağında qalmayacaq”, “Xocalı soyqırımı”, “Qüdrətli Ordumuz” və “Bayraq meydanı” adlı mətnlər oxunulub və müzakirə edilib. Əlyazmaların toplanması şöbəsinin müdiri Fəxrəddin Eylazov tərcüməçilik sənətinin bəzi xüsusiyyətləri haqqında tələbələrə məsləhətlər verib.

Sonda tələbələrə tərcümə edilməsi üçün əlavə mətn nümunələri təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: