“Naxçıvan” Universitetində “Rəsul Rza-110” mövzusunda elmi-praktik konfrans keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universitetində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Rəsul Rzanın anadan olmasının 110 illiyi ilə bağlı elmi konfrans keçirilib.

Konfransda “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva xalq şairi Rəsul Rzanın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.

Sonra professor Sədaqət Həsənova “Rəsul Rza və ədəbi dilimiz”, dosent Əli Həşimlinin “Rəsul Rza: ömür və sənət yolu”, Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi Zamin Babazadənin “Rəsul Rzanın yaradıcılığı tədqiqatlarda” mövzularında çıxışları dinlənilib.

Sonda Rəsul Rzanın həyat və yaradıcılığını özündə əks etdirən slayd nümayiş olunub

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: