Əsl vətənpərvərlik dildə yox, əməldə olmalıdır

A- A A+

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram,

Qolumdakı zəncirləri qıram gərək qıram-qıram.

Xəlil Rza Ulutürkün yazdığı bu misralar azadlığın, müstəqilliyin bir xalq üçün nə qədər vacib olduğunu açıq şəkildə göstərir. Tariximizin hansı səhifəsini vərəqləsək, orada igidlərimizin, əcdadlarımızın keçdiyi qəhrəmanlıq yolunun şanlı izlərinə rast gəlmək olar. Doğulduğumuz torpağı qorumaq, onu gələcək nəsillərə ötürmək vətənpərvərliyin əsas şərtləndirəndir. Əsl vətənpərvərlik dildə yox, əməldə olmalıdır. Məhz bu prizmadan yanaşdıqda vətənpərvərliyin meyarı söz ilə əməlin üst-üstə düşməsidir. Ümummilli liderimiz Heydər Əliyevin başlatdığı siyasət bugün də gənclərimizin vətənpərvər ruhda böyüməsində böyük rol oynayır. Ulu öndər deyirdi: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik". Bugünkü qələbələrimizin təməli Vətənini canından çox sevməklə bizə örnək olan, bütün varlığını, ömrünü, zəkasını öz xalqına, millətinə həsr etmiş Ulu Öndər tərəfindən qoyulmuş və bugün onun layiqli davamçısı  Cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin nəticəsidir.

Bu həftələrdə hər sabahı qələbə xəbəri ilə açırıq. Ürəkdə qürur hissi gözümüzdə Qarabağın xəyalı canlanır. Vətənpərvər xalqımızın əzmi, iradəsi, şəhid analarının o sınmayan vüqarı insanı qürur hissinə boğur. Belə də olmalıdır. Çünki biz türk oğlu türkük. Biz xalqına müstəqilliyi, azadlığı qazandıran Heydər Əliyev ideyalarına sadiq bir millətik. Biz adı çəkiləndə ermənilərin canına üşütmə salan Mübariz İbrahimovun davamçılarıyıq. Mən də gələcəyin jurnalisti kimi Xocalı həqiqətlərini dünyaya çatdıran Çingiz Mustafayevin davamçısı olmaq istəyirəm. Buradan onun müqəddəs ruhuna səslənirəm. “Şəhidim, bütün xalqın səninlə fəxr edir. Bilirəm, eşidirsən səsimi, görürsən bizi. Çünki Şəhidlər ölməz!!! 28 il bundan öncə xalqımıza edilən o zülmü-Xocalı həqiqətlərini lentə köçürdün, acı fəryadımızı dünyaya bəyan etdin. Qalx, indi qalx ki, ard-arda qazandığımız şanlı qələbələri, müzəffər ordumuzun rəşadətini, qorxmazlığını, əyilməzliyini  çək!!! Ruhun şad olsun! Ali Baş Komandanımızın qətiyyəti və ordumuzun şücaəti bizi Qarabağa - mənfur düşmən tapdağından azad olan torpaqlara aparır. Əzəmətli bayrağımızın tezliklə Dağlıq Qarabağda dalğalanacağına inanırıq. Qarabağ Azərbaycandır!”.

Bəlkə də borcundan çıxmadım Vətən,

Ömür bahar deyil, bir də qayıtsın,

Ölsəm də qoynunda qoy ölüm ki, mən,

Çürüyüm, bir ovuc torpağın artsın!

Məcid Əkbərov

Naxçıvan Dövlət Universiteti

 “Jurnalistika” ixtisası üzrə II kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: