DİM: Rezidenturaya ixtisas seçimi bu gün başa çatır

A- A A+

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən (səh. 5-7) seçib təsdiq etməlidirlər.

Qeyd olunan tarixədək elektron ixtisas seçimi ərizələrini təsdiq etməyənlər müsabiqəyə buraxılmayacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: