Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər” jurnalının növbəti seriyası çapdan çıxıb

A- A A+

Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər” jurnalının “Fizika-riyaziyyat və texniki elmlər” seriyası çapdan çıxıb.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, jurnalın bu nömrəsində Riyaziyyat və mexanika, Fizika, Texniki elmlər adlı bölmələrdə elm və təhsil müəssisələrində çalışan əməkdaşların əldə etdiyi yeni elmi nəticələr əksini tapıb.

“Elmi əsərlər” jurnalının çap olunmuş 218 səhifədən ibarət seriyasında 55 müəllifin 37 elmi məqaləsi nəşr olunub ki, onların da əksəriyyəti universitet əməkdaşlarıdır.

Naxçıvan Dövlət Universitetinin əsas hədəflərindən biri mühüm elmi-tədqiqat nəticələrinin əldə olunmasında və təbliğində böyük imkanlara malik olan “Elmi əsərlər” jurnalının potensialından geniş istifadə etməkdir. Son illər jurnalın elm aləmində daha geniş təmsil olunması üçün nüfuzlu elmi təşkilatlarla əməkdaşlıq əlaqələri qurulur.

Beynəlxalq elektron elmi informasiya məkanına inteqrasiya olunmaqla jurnalın nömrələri onlayn şəkildə universitetin rəsmi internet saytında yerləşdirilir. Nəşr innovativ elmi nəticələrin əldə olunması baxımından ölkə səviyyəsində səmərəli elmi axtarışların aparılmasına etibarlı zəmin yaradır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: