NDU-da Çağdaş Azərbayan dilinin aktual problemləri mövzusunda respublika elmi konfransı keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, elmi konfransı giriş sözü ilə açan universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov Azərbaycan dilinin xalqımızın mənəvi varlığını ifadə edən əsas amil olduğunu deyib. Bildirilib ki, əsası ümummilli lider tərəfindən qoyulmuş dil siyasəti bugün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin dil siyasəti muxtar respublikamızda da uğurla həyata keçirilir.

Naxçıvan dialekt və şivələrinin öyrənilməsi məsələlərindən danışan  AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev qeyd edib ki, dialekt fərqləri dilin həm fonetik sistemində, həm lüğət tərkibində, həm də qrammatik quruluşunda özünü göstərir. Azərbaycan dilindən daha dolğun, qanunauyğun şəkildə istifadə olunması üçün maarifləndirmə işi aparılmalı  və ictimai diqqət bu işə cəlb edilməlidir.

Konfransda Azərbaycan dilinin dialektologiya, nitq mədəniyyəti və üslubiyyat sahəsindəki problemləri mövzusuna da toxunulub, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsində, onun qorunmasında və inkişafında göstərdiyi misilsiz xidmətlərindən ətraflı bəhs edilib. 

Tədbirdə çıxış edənlər ədəbi dil normalarının qorunmasında, Azərbaycan oxucusunun və tamaşaçısının ədəbi-bədii zövqünün formalaşmasında dövlətlə yanaşı, bütövlükdə cəmiyyətin mühüm rol oynaya biləcəyini bildiriblər.

                                           Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: