Ali təhsil ocağında keçirilən tədbir vətənpərvərlik mövzusuna həsr olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsində keçirilən tədbir “Qarabağ Azərbaycandır!” adlanıb. Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov vurğulayıb ki, artıq işğal altında olan torpaqlarımız bu gün Ali Baş Komandanımız cənab İlham Əliyevin  uğurlu siyasəti və qətiyyətli addımı sayəsində  azadlığına qovuşur.  

Prorektor onu da qeyd edib ki, universitetdə Fiziki tərbiyə və Çağırışaqədərki hazırlıq müəllimliyi ixtisası üzrə vətənpərvər gənc nəsil formalaşır.

“Vətəni qorumaq müqəddəs borcumuzdur” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Veteranlar təşkilatının sədr müavini Sultan İsmayılov bildirib ki, vətənə olan sevgi əbədi və əzəli bir hissdir. Vətənə xidmət etmək, hər qarış torpağına sinəmizi sipər edərək onu qorumaq müqəddəs borcumuzdur.

Çıxışlardan sonra fakültə tələbələrinin ifasında kompozisiya təqdim edilib, tədbirin önəm və əhəmiyyətini əks etdirən videoçarx nümayiş olunub

                                                   Telli Mustafayeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: