"Naxçıvan" Universitetində “Qarabağ Azərbaycandır!” adlı sərgi açılıb - FOTOLAR
Universitetin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 9 noyabr Bayraq Gününə həsr olunmuş sərginin müəllifi dekorativ sənət rəssamı Aygün Nağıyevadır.
Bu münasibətlə keçirilən tədbirdə ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva qeyd edib ki, bu gün cəbhədə tarix yazan Azərbaycan Ordusunun əzəli və əbədi torpağımız olan Qarabağ uğrunda döyüşlərdə əldə etdikləri böyük uğurlara hər birimiz sevinir və böyük qürur hiss keçirdirik. Dekorativ sənət rəssamı Aygün Nağıyevanın bu sərgisi sarsılmaz birliyimizin, rəssamın Vətəninə olan sevgisinin bariz nümunəsidir.
Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Qeyd edək ki, sərgidə dekorativ sənət rəssamının iyirmidən çox sənət əsəri nümayiş olunub. Müxtəlif qiymətli daşlardan hazırlanmış Ulu öndər Heydər Əliyevin, Milli Qəhrəmanımız Mübariz İbrahimovun portretləri, Türkiyə və Azərbaycan qardaşlığını özündə təcəssüm etdirən əsərlər sərgi iştirakçılarının marağına səbəb olub.
Seyfur Hacımuradov