Naxçıvan Bölməsində “Qarabağ Azərbaycandır!” mövzusunda konfrans keçirilib - FOTOLAR

A- A A+

200 ildən bəri Azərbaycan xalqına qarşı təcavüzkar və soyqırımı siyasəti yeridən ermənilər XX yüzilliyin sonlarında havadarlarının köməyi ilə Dağlıq Qarabağı və ətraf rayonları işğal etdilər. Bununla kifayətlənməyən ermənilər son illər Azərbaycandan yeni torpaqlar qoparmaq üçün tez-tez təxribatlar törətməyə başladılar. Ancaq nəzərdən qaçırdılar ki, Azərbaycan dövləti 20-25 il bundan əvvəlki dövlət deyildir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Qarabağ Azərbaycandır!” mövzusunda  keçirilən elmi konfransda institutun direktoru, AMEA-nın müxbir üzvi Fəxrəddin Səfərli danışıb.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Elmi Kitabxana ilə birgə təşkil etdikləri konfransda alim  Qarabağ tarixindən və bu tarixi həqiqətlərin dünyaya çatdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən danışıb.

Aprel döyüşünü, Naxçıvan əməliyyatı-Günnüt zəfərini xatırladan institutun direktoru bildirib ki, peşəkarlıqla aparılan əməliyyatların nəticələri göstərdi ki, ordu istənilən vaxt ərazi bütövlüyümüzü bərpa etmək qüdrətindədir.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun parlaq qələbəsi sayəsində mənfur erməni təcavüzkarları layiqli cəzalarını alaraq işğal edilən torpaqlardan qovmaqdadırlar. Vətənimizin ərazi bütövlüyü uğrunda gedən haqq savaşında həmrəy olan xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək həm döyüş meydanında, həm də informasiya müharibəsində bu gün düşmənə qalib gəlir.

Daha sonra institutunun Etnoqrafiya şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova “Dağlıq Qarabağ haqqında tarixi faktlar”, Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Emin Şıxəliyev “Qarabağ müharibəsi: zəfərə gedən yol” və Elmi Kitabxananın direktoru Sahab Əliyeva “Qarabağ mövzusu bədii ədəbiyyatda” mövzusunda elmi məruzələrlə çıxış ediblər.

Konfransda Elmi kitabxananın hazırladığı “Qarabağ Azərbaycandır!” adlı virtual sərgi nümayiş olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: