AMEA-nın Tarix İnstitutunun fəxri doktorunun kitabı Daşkənddə çap edilib

A- A A+

Azərbaycanın Özbəkistandakı səfirliyinin təşəbbüsü ilə özbək tarixçisi, AMEA-nın Tarix İnstitutunun fəxri doktoru Şuxrat Barlasın “Süqut. millətçilik-antoqonizm” kitabı Daşkənddəki “İstiqlol nuri” nəşriyyatı tərəfindən rus dilində çap edilib.

NUHÇIXAN xəbər verir ki, kitabın məsul redaktoru tarix üzrə fəlsəfə doktoru Nemat Pavlonov, rəyçisi professor Utkam Mavlonovdur.

Əsərdə rus imperiyasının Orta Asiya və Qafqazda zaman-zaman yürütdüyü siyasət, bu torpaqların ruslar tərəfindən işğalı, erməni daşnaklarının Azərbaycanda və Özbəkistanda həyata keçirdikləri soyqırımılar haqqında məlumat verilir.

Kitabda SSRİ-nin süqutu ərəfəsində Moskvadan göndərilmiş Qdlyan və İvanovun Özbəkistandakı qanunsuz hərəkətləri, yüzlərlə günahsız insanın həbsi, onlara işgəncələrin verilməsi məsələləri də yer alıb.

Topluda Azərbaycanın tarixi, ölkəmizdəki xanlıqlar haqqında söhbət açılır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin ölkəmizdə həyata keçirdikləri soyqırımılar haqqında danışılır.

Xatırladaq ki, bundan əvvəl səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə alimin “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlər. Daşnaklar Fərqanədən Qarabağa qədər”, “Qarabağ: ideyalar müharibəsi” və “İdeyalar müharibəsi. Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlər” adlı kitabları rus və özbək dillərində işıq üzü görüb.

“Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlər. Daşnaklar Fərqanədən Qarabağa qədər” kitabı əsasında “Daşnaklar Fərqanədən Qarabağadək” adlı sənədli film çəkilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: