Naxçıvan məktəbliləri arasında inşa yazı müsabiqəsi keçirilib

A- A A+

 Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki,  “12 noyabr - Konstitusiya Günü” münasibətilə keçirilən inşa yazı müsabiqəsi “Mənim hüquqlarım” mövzusunda olub.

İnşa yazı müsabiqəsində muxtar respublika ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 34 şagird iştirak edib. Şagirdlər inşa yazını təşkilat komitəsi tərəfindən təqdim olunan dəftərlərdə 2 saat ərzində yazıblar.

Sonra müsabiqə iştirakçılarının inşa yazıları münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndirilib.  Bir şagird I yerə, iki şagird II yerə, üç şagird III yerə, 3 şagird isə həvəsləndirici yerə layiq  görülüb.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd məktəbliləri vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik tərbiyəsini formalaşdırmaq, dövlətçilik tarixində, cəmiyyətin qorunması və rifahı yolunda Konstitusiyanın rolu ilə bağlı fikirləri təbliğ etməkdən ibarət olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: