Döyüş şöhrəti muzeyində açıq dərs

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Döyüş Şöhrəti Muzeyində şagirdlərin iştirakı ilə növbəti açıq dərs keçirilib.

Açıq dərsdə Naxçıvan  şəhər 6,7,8 və 9 nömrəli tam orta məktəblərinin 40-a yaxın  9-11 sinif şagirdi iştirak edib.

Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin hərbi rəhbəri Mirqafar Seyidov şagirdlərə vətənpərvərlik tərbiyəsi  mövzusunda açıq dərs keçib. Bildirilib ki, vətənpərvərlik hər bir insanın öz vətəninə sevgi  və sədaqətindən  onun müdafiəsinə  hər an hazır olmasından ibarətdir. Qeyd olunub ki, Vətən müharibəsində böyük zəfər qazanmağımızın  əsas səbəblərindən biri də insanlarımızda olan Vətənə məhəbbətdir.

Açıq dərsdən sonra şagirdlərə muzeydə müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilən silah, texnika və qurğular, top və minaatanlar, hava hücumundan müdafiə üzrə döyüş maşınları, zenit raket və qurğuları, döyüş-nəqliyyat vertolyotları eləcə də müxtəlif hərbi təyinatlı avtomobillər barədə geniş məlumatlar verilib.

                                                                                                                                        Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: