AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Fransanın Lion şəhərində keçirilən “Keçid dövrü: Neolit dövründən Dəmir dövrünədək miqrasiya, yenilik, ətraf mühitin dəyişməsi” mövzusunda beynəlxalq onlayn konfransda iştirak edib.
Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, üç gün davam edən beynəlxalq tədbirdə tarixçi alimin çıxışı maraqla qarşılanıb, məruzə ətrafında müzakirələr aparılıb. İştirakçıların çoxsaylı sualları cavablandırılıb.
Konfransda, həmçinin Naxçıvanda aparılan tədqiqatlarla bağlı Beynəlxalq Azərbaycan-Fransa Arxeoloji ekspedisiyasının üzvləri Katerine Marro, Mariya Oranj, Remi Berton, Nikolas Gailhard məruzələrlə çıxış ediblər.