Dövlət Gömrük Komitəsində çalışan işçilər üçün attestasiya imtahanı keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, imtahan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən  keçirilib.

Gömrük orqanlarının əməkdaşlarının peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərinin obyektiv qiymətləndirilməsi, onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və gələcək inkişafının təmin edilməsi məqsədilə keçirilən imtahanda qanunvericilik üzrə 100 sual təqdim edilib. Sualları cavablandırmaq üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt verilib. Test tapşırıqlarının ən azı 60 faizini düzgün cavablandıran şəxslər müvafiq keçid balını toplamış sayılıblar.

İmtahan bitdikdən dərhal sonra iştirakçılara nəticələrə dair arayış təqdim edilib. Test imtahanında qeydiyyatdan keçən 49 nəfərdən 48-i imtahanda iştirak edib, onlardan 34-ü müvafiq keçid balını toplayaraq attestasiyadan müvəffəqiyyətlə keçib.

Test imtahanının nəticələri Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında da yerləşdirilib.

Qeyd edək ki, mövcud vəziyyətlə əlaqədar olaraq attestasiya imtahanında tibbi maskadan istifadə edilib, sosial məsafə qorunub və digər sanitar-gigiyenik tələblərə əməl olunub.

İmtahanda obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılmaqla yanaşı, Dövlət Gömrük Komitəsinin əməkdaşlarının müşahidəçi qismində iştirakları da təmin edilib.

Bildirək ki, noyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, 20-30 tarixlərində dövlət musiqi təhsil müəssisələrinin, dekabrın 2-də isə Dövlət Miqrasiya Xidməti əməkdaşlarının attestasiyası keçiriləcəkdir.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: