NDU-da dəyirmi masa keçirildi - FOTOLAR

A- A A+

30 ilə yaxındır düşmən tapdağı altında olan Qarabağ torpaqlarında üçrəngli şanlı bayrağımızın dalğalanması bütün azərbaycanlılara qürur hissi bəxş edir və bu şanlı tariximizin çox mühüm mərhələsidir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universitetində 17 noyabr Naxçıvan Muxtar Respublikasında Dövlət Bayrağının qaldırıldığı günə həsr olunmuş dəyirmi masada danışılıb. Əvvəlcə şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə qəbul edilmiş üçrəngli bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilib.

Sonda müəllim və tələbələrin mövzu ilə bağlı çıxışları dinənilib, tələbələrin sualları müzakirə edilib.

       Telli Mustafayeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: