Beşinci sinif Təbiət fənni üzrə məzmun standartları yazılacaq.
Təhsil Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, yeni Təbiət fənni üzrə dərslik konsepsiyası və bu konsepsiya əsasında yeni dərslik komplekti hazırlanacaq.
Xatırladaq ki, Nazirlər Kabinetinin Qərarı ilə “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” təsdiq olunub. Sənədə əsasən V sinifdə Təbiət fənninin tədrisi planlaşdırılır.