Hüseyn Cavidin “Topal Teymur” tarixi dramı haqqında elmi məqalə beynəlxalq jurnalda dərc olunub

A- A A+

Hüseyn Cavidin ev-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı və tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanovanın “Hüseyn Cavidin “Topal Teymur” dramı ədəbiyyatşünaslıq və kitabşünaslıq obyekti kimi” adlı rus dilində məqaləsi “Web of Science” üzrə “Russian Science Citation Index” məlumat bazasına daxil edilmiş “Müasir humanitar araşdırmalar” (Sovremennıye qumanitarnıye issledovaniya) jurnalında dərc edilib.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə muzeydən məlumat verilib. Bildirilib ki, dram əsərinin yazılmasının 95 illik yubileyi münasibətilə hazırlanmış məqalədə “Topal Teymur” əsərinin müxtəlif nəşrlərinin kitabşünaslıq aspektindən təhlilinə yer verilir, pyesin tarixi əhəmiyyətinə, ədəbi-bədii və ideya-fəlsəfi qayəsinə, tərbiyəvi mahiyyətinə elmi nəzər salınır. Məqalədə qeyd olunur ki, Hüseyn Cavidin “Topal Teymur” tarixi dramındakı əsas qayə müsbət planda verilmiş Teymur obrazını XX yüzilliyin türk hökmdarlarına bir örnək kimi təqdim etmək, tarixi faciələrdən ibrət alaraq, qardaş çəkişmələrini qardaş bərkişmələri ilə əvəz etmək, bununla da türk etnosunun qlobal səviyyədə nüfuz və hörmətini artırmaqdan ibarətdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: