“Naxçıvan cumhuriyyət rəhbərlərinin daim diqqətində olub”- Vəli Baxşəliyev

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Tarix Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə “Naxçıvan Azərbaycan Xalq Cümhuriyyəti dövründə” mövzusunda elmi-təcrübi konfrans keçirilib.

Bildirilib ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti öz parlamenti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlət idi. AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Cümhuriyyət dövründə Naxçıvan Milli Komitəsinin fəaliyyəti” mövzusunda çıxış edərək qeyd edib ki, Naxçıvanın tarixi taleyində Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi rolu və yeri  var. 1918-1920-ci illərdə Naxçıvan cümhuriyyət rəhbərlərinin daim diqqət mərkəzində olub, onlar Naxçıvanın Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılması istiqamətində zəruri tədbirlər görüblər. Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin Naxçıvan məsələsində tutduğu mövqe və ərazinin qorunması ilə bağlı Naxçıvan sakinlərinin mütəşəkkil siyasi iradəsi  sonrakı dövrlərdə Naxçıvanın muxtariyyət statusunu əldə etməsində mühüm rol oynayıb.

Çıxışlarda Araz-Türk Cümhuriyyətinin fəaliyyəti barədə də məlumat verilib.

Konfrans iştirakçıları Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş sərgiyə baxıblar.

Gülməmməd Əliyev

NTV xəbər

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: