Naxçıvan Dövlət Universitetində “Özümüz Qarabağ, sözümüz Qarabağ!” mövzusunda tədbir - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Özümüz Qarabağ, sözümüz Qarabağ!” mövzusunda tədbir keçirilib.

Tədbirə başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Universitetin rektoru, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev bildirib ki, Azərbaycan Respublikasının qazandığı bu parlaq qələbə sevincini Ali Baş Komandanımız başda olmaqla, müzəffər ordumuz və xalqmızın göstərdiyi əzmkarlığa borcluyuq. Rektor qeyd edib ki, Azərbaycan Respublikası öz iqtisadi, hərbi qüdrəti və siyasi gücü hesabına bu qələbəni qazanıb. Biz ədalətin zəfər çaldığı, düşməndən təmizlənmiş bir ölkədə yaşadığımız üçün qürur hissi keçiririk. Böyük qələbə Naxçıvan Dövlət Universitetində böyük coşqu ilə qeyd edilir.

Xarici dillər fakültəsinin dekanı Şirməmməd Qulubəyli əvvəlcə görkəmli şairimiz Məmməd Arazın “Azərbaycan-dünyam mənim” şeirini qiraət edib. Fakültə dekanı bildirib ki, Azərbaycan dövləti qazandığı bu zəfər ilə bütün dünyanın diqqətini cəlb edib və dünya dövlətlərinin çoxu Azərbaycanın hərbi gücünə şahid olub.

Sonra Vətənpərlik mövzusunda videoçarx nümayiş etdirilib, fakültə tələbələri tərəfindən şeirlər qiraət edilib, vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib. Tələbələr həmçinin qəhrəmanlıq tariximizi əks etdirən “Babək” filmindən bir səhnəni də canlandırıblar.

Sonda İstedadlı tələbələrin qəhrəmanlıq mövzusunda çəkdikləri rəsm əsərlərinə baxış olub.

Telli Mustafayeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: