Tələbələr Əlincə qalasına zəfər yürüşü ediblər - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi münasibətilə Naxçıvan Dövlət Universitetinin magistratura pilləsində təhsil alan I kurs tələbələri Əlincə qalasına zəfər yürüşü ediblər.

20 nəfər tələbənin qatıldığı yürüşdə əvvəlcə tələbələr Əlincə muzeyi ilə tanış olublar. Muzeyin bələdçisi qala və arxeoloji qazıntılar nəticəsində tapılan əşyalar barədə tələbələrə geniş məlumat verib. Əlincəqala Tarix Mədəniyyət Muzeyini ziyarət edən tələbələrə məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən yaradılıb.

Daha sonra gənclər “Qarabağ Azərbaycandır!” şüarı səsləndiriblər. Qalanın zirvəsində tələbələr Azərbaycan və Türkiyə bayraqları fonunda Azərbaycan Respublikasının Dövlət Himnini səsləndiriblər.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: