Qarabağın bərpası gələcəyin memarlarının eskizlərində - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsində təşkil olunan sərgidə Qarabağın işğaldan azad edilmiş yurd yerlərinin bərpası ilə bağlı tələbələrin eskizləri, qrafik işləri yer alıb. Sərgidə universitetin rektoru Elbrus İsayev Qarabağ qələbəsinin Ali Baş Komandanın siyasi səriştəsi, Milli ordumuzun gücü və xalqın dəstəyi nəticəsində əldə olunduğunu vurğulayıb. Vurğulanıb ki, çox qürurlandırıcı haldır ki, bugün gələcəyin memarı olacaq tələbələr işğaldan azad edilən torpaqların bərpası ilə bağlı layihələrini təqdim edirlər. Rektor bütün tələbələri bu münasibətlə təbrik edib, hazırlanan eskizlərin gələcəkdə istifadə olunması ilə bağlı arzu və təkliflərini çatdırıb.
Sərgidə təqdim olunan Xudafərin körpüsünün maketi ən maraqlı təqdimatlardan olub. “Memarlıq” ixtisası üzrə IV kurs tələbəsi Cavid Məmmədov bu tarixi tikilinin bərpası istiqamətində öz təkliflərini sərgi iştirakçılarının diqqətinə çatdırıb
Sonda rektor tələbələrin əl işlərini qiymətləndirib və sərgi iştirakçılarına “Oxunması zəruri olan kitablar” siyasında yer alan kitabları hədiyyə edib.
Səadət Əliyeva