Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələrinə hamiliklə bağlı “Milli-mənəvi dəyərlərin qorunmasında muzeylərin rolu” mövzusunda seminar keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, seminarda bildirilib ki, 1997-ci ilədək Naxçıvan Muxtar Respublikasında 13 muzey fəaliyyət göstərirdisə, hazırda Nazirliyin sistemində 30 müxtəlif profilli muzey fəaliyyət göstərir. Bu mədəniyyət ocaqlarında xalqımızın tarixini, adət ənənələrini özündə əks etdirən 140 mindən çox eksponat mühafizə olunur.
Bu gün muzeylər tariximizin saxlanc yeridir. Yerli sakinlərlə yanaşı, xarici vətəndaşlar, turistlər də muzeylərimizi ziyarət edir. Naxçıvan tarixi, mədəniyyəti barədə məlumatlar alırlar.
Sonda tələbələr muzeyin ekspozisiyası ilə tanış olublar.
Nurlana Əhmədova