Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri ilə görüş keçirildi

A- A A+

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən  keçirilən görüş Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri ilə olub.

Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə  bildirilib ki, görüşdə Universitetin əməkdaşı Rauf Rəhimov müasir dünyada hər bir sahədə inkişafın əsas hərəkətverici qüvvəsinin ixtisaslı kadrlar olduğunu və ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin yüksəkixtisaslı kadr hazırlığına böyük töhfə olduğunu deyib.

Sonra Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları tələbələrə “Dövlət qulluğuna qəbul qaydaları” və  “Azərbaycan Respublikasının Konstitusiyası dövlət qulluğuna dair qanunvericiliyin təməlidir” mövzularında hazırladığı slaydlar vasitəsilə geniş məlumat veriblər.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar Komissiyanın əməkdaşları tərəfindən cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: