Tələbə mühəndislər Rabitə və Yeni Texnologiyalar Nazirliyində istehsalat təcrübəsi keçiblər - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, istehsalat təcrübəsində Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin informasiya texnologiyaları ixtisasının dördüncü kurs tələbələri iştirak ediblər.

Əvvəlcə İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin tədris bölməsində olan tələbələrə slaydlar vasitəsilə proqramlaşdırma dilləri, müxtəlif müasir proqramlar və ixtisaslarına uyğun texnologiyalar barədə ətraflı məlumat verilib. Bununla yanaşı veb səhifələrin tərtibatı və hazırlanması, texnologiya biliklərinin daha da təkmilləşdirilməsi üçün dərslər keçirilib.

Daha sonra isə Rabitə və Yeni Texnologiyalar Nazirliyində olan tələbələrə rabitə texnologiyalarının inkişaf tarixi və “Naxtel 4G” Mobil rabitə şəbəkəsi barədə ətraflı məlumat verilib.  Qeyd olunub ki, Naxtel 4-cü nəsil mobil rabitə sistemi, yüksəksürətli və genişzolaqlı şəbəkələrə çıxış imkanına malikdir.

Qeyd edək ki, tələbələrin belə təcrübələrdə iştirak etmələri onların gələcəkdə çalışacaqları informasiya-kommunikasiya texnologiyaları sahəsində peşəkar kadr kimi formalaşmalarına və bu sahənin sirlərini daha dərindən yiyələnmələrinə şərait yaradır.

Sadiq Məmmədov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: