“Qısa Kimya Ensiklopediyası” nəşr olunub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, nəşrin müəllifi AMEA Naxçıvan Bölməsinin kimya elmləri doktoru Bayram Rzayevdir.
Kitabın təqdimatı münasibətilə keçirilən tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, müasir dövrdə elmin müxtəlif sahələrinin sürətli inkişafı kimya sahəsində informasiya bolluğunun yaranmasına səbəb olur. Bunun üçün çoxsaylı informasiyaları ümumiləşdirən ensiklopediyaların yazılması müstəsna əhəmiyyət kəsb edir. Bayram Rzayevin təqdim etdiyi “Qısa Kimya Ensiklopediyası” da bu baxımdan dəyərli mənbədir.
Qeyd olunub ki, 3 hissədən ibarət olan “Qısa Kimya Ensiklopediyası” kimyaçıların stolüstü kitabına çevriləcək.
Sonda müəllif muxtar respublikada alimlərə, yaradıcı ziyalılara göstərilən qayğıya görə minnətdarlığını bildirib.
Qeyd edək ki, alim 40-a yaxın kitab və monoqrafiyanın müəllifidir.
Adilə Səfərova