NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, konfrans Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə keçirilib.
Konfransda şəxsiyyətin formalaşmasına təsir edən müsbət amillərdən danışan ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva bildirib ki, şəxsiyyətin inkişafına təsir göstərən amilləri araşdırmaq üçün onun istiqamətlərini müəyyən etmək lazımdır. Şagirdlərin tərbiyəvi təsir şəraitində psixi fəaliyyətlərinin qanunauyğunluqlarını, şagirdlərin özünü tərbiyəsini, psixoloji əsaslarını aşkara çıxarmaqla tərbiyə psixologiyası şəxsiyyətin formalaşmasına imkan yaradan həmin təsirlərin mexanizmləri də öyrənilir.
Mövzu ilə bağlı çıxış edən universitetin müəllimləri qeyd ediblər ki, özgüvən çox vacib şəxsi keyfiyyətdir. Həyatla baş etməmizi və problemlərlə real olaraq mübarizə aparmağımızı təmin edər, çətinliklərə qarşı gücümüzü artırar.
Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.
Seyfur Hacımuradov