Naxçıvanda 13 yaşlı məktəbli kitab yazıb

A- A A+

Naxçıvan şəhər 5 nömrəli tam orta  məktəbin VII sinif şagirdi Nicat Əsədlinin yeni kitabı çap olunub.Mütaliə həvəskarı olan Nicat oxuduğu kitablara  rəylər  yazıb və onları  kitab halında nəşr etdirib.

NUHÇIXAN xəbər verir ki, Nicat Əsədlinin “Sevimli dostlarım-kitablar” adlı ilk kitabı  “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən nəşr olunub. Kitabda yeniyetmənin  son iki-üç ildə oxuduğu 70-dən artıq  əsərin 67-si haqqında rəyləri və esseləri toplanıb.  Həmçinin  o,  əsərlərin müəllifləri haqqında da  qısa məlumat  yazıb.

Kitabda Aleksandr Belyayevin “Professor Douelin başı”,  Aleksandr Dumanın “Üç muşkatyor”,  Aqata Kristinin “Mavi qatarın  sirri”,  Çingiz Abdullayevin “Xəzinədar”, Hüseyn Cavidin “Ana”, Lev Tolstoyun “Hacı Murad”, Süleyman Sani Axundovun “Abbas və Zeynəb” , Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi”  və sair əsərlər barədə maraqli fikirlər yazan məktəbli  Nicat Əsədli bununla həmyaşıdlarını  da oxumağa ruhlandırır.

 

Hafizə Əliyeva

NTV xəbər

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: