İğdır Universitetinin rektoru NDU-da olub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ikitərəfli görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma, rektor köməkçisi və Fənn ədəbiyyat fakültəsinin dekanı, professor İbrahim Demirtaş, Ziraat fakültəsi dekanı, professor Veli Uygur, Yapı işləri və Teknik Dairə Başkanı Nedim Duman iştirak edib.   

Qonaqları salamlayan rektor universitetə qəbul olan əcnəbi tələbələrin siyahısında türkiyəli tələbələrin daha çox üstünlük təşkil etdiyini qeyd edib, bunun səbəbini dil, din birliyi, ortaq adət-ənənələrə sahib olmağımızla əlaqələndirib.

Mənfur düşmən üzərində qazandığımız qələbə münasibətilə  hər kəsi təbrik edən  İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma  bu qələbənin  təkcə azərbaycanlıların deyil, bütün türk dünyasının qələbəsi olduğunu vurğulayıb.

Görüşdə bütün elm-təhsil sahələrində ortaq layihələr həyata keçirmək, konfranslar, simpoziumlar  təşkil etmək, ortaq elmi araşdırmalar və nəşrlər aparmaq, elmi toplantılar təşkil etmək, tələbə-müəllim mübadiləsi həyata keçirmək, müxtəlif idman növləri üzrə universitetlərarası idman yarışları keçirmək məsələləri müzakirə edilib. Elmi rəqabətliliyin təmin edilməsi, tələbə, müəllim mübadiləsi, mədəniyyət, idman və s. sahələrdə birgə fəaliyyət, tələbə təqaüdü proqramları, elmi əməkdaşlıqda magistr və doktorantura proqramları, elmi tədqiqat sahələrində birgə araşdırmalar, tədqiqatlar aparmağın əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirildiyi görüşün sonunda Naxçıvan Dövlət Universiteti ilə qarşılıqlı əlaqələrə toxunub, birgə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Sonra Tibb fakültəsində olan qonaqlara məlumat verilib ki, 2019-cu ildə yenidən qurularaq istifadəyə verilən fakültə yüksək maddi-texniki baza ilə zənginləşdirilib, tələbələrin bu ixtisas üzrə həm nəzəri, həm də  təcrübi dərslərin keçirilməsi üçün  hər cür şərait yaradılıb. Qeyd edilib  ki, bu il fakültəyə qəbul olan 336 xarici tələbədən 260-ı Türkiyə Respublikasındandır. Laboratoriyalarda olan qonaqlar Fitoterapiya və apiterapiya sahəsində Naxçıvan Dövlət Universiteti ilə gələcək əməkdaşlığın perspektivləri və ortaq layihələrlə bağlı müzakirələr aparıblar.

Universitetin xəstəxanasında yaradılan şəraitdən, qurub-yaradılan imkanlardan məmnunluqlarını ifadə edən qonaqlar Pedaqoji fakültənin nəzdində fəaliyyət göstərən Texnologiya Mərkəzində, Xalçaçılıq, Kulinariya mərkəzi,  Ağac emalı və metalkəsmə emalatxanasında, həmçinin yeni yaradılan Atıcılıq mərkəzində  də olublar.

                                              Səadət Əliyeva

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: