NUHÇIXAN xəbər verir ki, AMEA-nın Naxçıvan Bölməsi rəyasət heyətinin 2018-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Akademiyanın sədri İsmayıl Hacıyev qeyd edib ki, ötən dövrdə 6 elmi istiqamət üzrə 7 mövzunu əhatə edən 36 iş 84 mərhələdə yerinə yetirilib. Bölmə əməkdaşlarının 455 elmi əsəri nəşr edilib. Onlardan 102 əsər xaricdə çap olunub. O cümlədən 5 kitab, 301 məqalə nəşrə təqdim edilib. 3 dildə “Qarabağlar Türbə Kompleksi” kitabı nəşr olunub. Eyni zamanda “Naxçıvan coğrafiyası” kitabının ikinci cildi hazırlanaraq çapa təqdim edilib. Qurumun 40 əməkdaşı respublikada və xaricdə keçirilən 20 beynəlxalq tədbirdə məruzələrlə çıxış edib.
Bölmə əməkdaşlarının məruzə ətrafında çıxışları olub.
Sonda akademiyanın sədri İsmayıl Hacıyev qeyd edib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında qarşıya qoyulan vəzifələrə görə bölmədə elmi tədqiqatların səmərəliliyi artırılmalıdır.
Gülməmməd Əliyev