Cenevrə Universiteti və Santa-Barbara Kaliforniya Universitetindən olan tədqiqatçıların fikrincə, gümüş nanohissəciklər “Poterioochromonas malhamensis” adlı mikroskopik yosunlara pis təsir edir. Tədqiqatın nəticələri “Scientific Reports” nəşrində dərc edilib.
NUHÇIXAN İnformasiya Agentliyi “Nauka i jizn” saytına istinadla xəbər verir ki, yosunları gümüş nanohissəciklərlə becərəndə onlarda aminturşuların, nukleotidlərin və yağ turşularının mübadiləsi pozulub. Aminturşular zülallar üçün, nukleotidlər DNT və RNT üçün lazımdır, yağ turşuları olmadan membran ola bilməz. Yəni nanohissəciklər hüceyrədə bütün molekulyar-biokimyəvi prosesləri hiss etməli idi.
Toksik təsiri yaradan gümüş ionlar olub. Onu yosunlar ətraf mühitdən hər hansı orqanik maddə ilə birlikdə udub. (“Poterioochromonas malhamensis” yosunu fotosintez edə bilir, lakin əlavə olaraq xaricdən hazır orqanik maddələri udur). Gümüş ionlarını toplamış yosunlarda daxili membran son dərəcə keçirici olub, oksidləşmə artıb və nəticədə fotosintez zəifləyib – yosunların oksigen əmələ gətirməsi azalıb. Məlumdur ki, fitoplankton, yəni mikroskopik sadə dəniz yosunları fotosintez qabiliyyətinə malikdir. Gümüş nanohissəciklərin digər yosunlara toksik təsir göstərib-göstərmədiyi hələ məlum deyil. Digər tərəfdən, gümüş nanohissəciklər antibakterial xüsusiyyətə malik olduğu üçün onlardan kənd təsərrüfatında, sənayedə və təbabətdə istifadə olunur.