Vətən müharibəsində iştirak edən tələbə ali təhsil ocağında fəxrlə qarşılandı

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məqsədlə Universitetdə təşkil edilən tədbirdə şəhidlərin əziz xatirəsi yad edilib. Ali təhsil ocağının rektoru Elbrus İsayev vurğulayıb ki,  tarixi  qələbəyə Qarabağ müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyevin göstərdiyi yüksək liderlik keyfiyyətləri və Azərbaycan Ordusunun müasir vasitələrlə, silahlarla təchiz olunaraq yüksək əhval-ruhiyyə ilə mübarizəyə başlaması nəticəsində nail olduq. II Qarabağ döyüşlərində universitetdə təhsil alan tələbələrimizin də iştirakı qürurvericidir.

Şuşa uğrunda gedən döyüşlərdə də fəal iştirak edib Naxçıvana dönən “Məşqçilik” ixtisası üzrə  qiyabi təhsil alan I kurs tələbəsi Fəxri Qazıbəyov deyib ki, oktyabrın 11-dən döyüşlərə qatılıb və xüsusi təyinatlıların dəstəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. Qazimiz Azıx mağarasına girən ilk hərbçilər arasında özünün də olmasını qürur hissi ilə ifadə edib.

Rektor Vətən müharibəsində fəal iştirakına görə Fəxri Qazıbəyova Naxçıvan Dövlət Universiteti Elmi Şurasının 30 noyabr 2020-ci il tarixli qərarına əsasən Fəxri fərman təqdim edib.

Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan Yüksəl Əlizadə, Orxan Kərimli və Teymur Osmanlı Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: