“Hökmdar” əsərinin müzakirəsi keçirilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, italyan yazıçısı Nikolo Makiavellinin “Hökmdar” əsərinin müzakirəsi “Naxçıvan” Universitetində baş tutub.

Bu münasibətlə keçirilən tədbirdə universitetin rektoru Nurlana Əliyeva bildirib ki, XV əsrdə qələmə alınan, 26 fəsildən ibarət olan  “Hökmdar” əsəri bütün dövrlərin və xalqların siyasətçiləri üçün əsl dərs vəsaiti olub. Əsər dərin ideya və fikirlərə  görə dünya ədəbiyyatının  dəyərli xəzinəsi hesab olunur.

Sonra Universitetin kitabxana müdiri Zamin Babazadə, tələbələrdən İmmi Orucova, Sevin İsmayılzadə və Kənan Quliyev çıxış ediblər. Bildirilib  ki, əsərin  gənclər üçün böyük əhəmiyyəti var. O, insanlara yüksək bəşəri ideyaların formalaşmasını təlqin edir.

Qeyd edək ki, “Hökmdar” əsəri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə tərtib olunan oxunması zəruri olan kitablar siyahısına daxil edilib.

Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: