Doktorantura və dissertanturaya hazırlaşanlar otk.az portalında xarici dillər üzrə sınaq imtahanı verə bilərlər

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) otk.az portalına doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün xarici dillər (ingilis, fransız, alman) üzrə onlayn sınaq imtahanı əlavə edib.

DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər. Namizədlər imtahana DİM-in saytından yazıla bilərlər.

Qeyd edək ki, onlayn sınaq imtahanında noyabrın 20-də Dövlət İmtahan Mərkəzində keçirilmiş elektron sınaq imtahanındakı test tapşırıqlarından istifadə olunur.

Namizədlər onlayn imtahanı başa çatdıran kimi oxuyub-anlama, dinləyib-anlama, dildən istifadə bloku üzrə imtahan nəticələri ilə tanış ola bilərlər. Portal tərəfindən iştirakçıların yazı blokunda yazdıqları essenin qiymətləndirilməsi aparılmır.

Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaq qaydaları ilə “otk.az”da “Təlimatlar” bölməsində tanış olmaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: