NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ədliyyə Nazirliyi ilə “Naxçıvan” Universitetinin təşkilatçılığı ilə baş tutan konfransda rektor Nurlana Əliyeva nikah hüququnun əhəmiyyəti barədə geniş məlumat verib, nikahın dövlətin və cəmiyyətin inkişafındakı rolundan danışıb.
Kofransda nazirliyin əməkdaşlarının və ali təhsil ocağının müəllimlərinin çıxışları dinlənilib. Qeyd olunub ki, nikaha daxil olmaq hər bir şəxsin azad hüququdur. Azərbaycan Respublikası Ailə Məcəlləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq nikaha daxil olmaq istəyən şəxslər tibbi müayinədən keçməlidirlər.
Vurğulanıb ki, ölkəmizdə ailə münasibətlərinin hüquqi tənzimlənməsi sahəsində mükəmməl qanunvericilik bazası mövcuddur. Ailə dövlət tərəfindən qorunur və himayə edilir. Ailə dəyərlərinə xüsusi diqqət və qayğı ilə yanaşılması muxtar respublikamızda da ailə siyasətinin əsasını təşkil edir. Məqsəd milli dəyərlərimizin əsas hissəsi olan ailə dəyərlərinin qorunub yaşadılması istiqamətində hüquqi tənzimlənmənin həyata keçirilməsi və əsrlərdir formalaşan ailə dəyərlərimizin yaşadılmasından ibarətdir.
Məruzələr iştirakçılar tərəfindən maraqla dinlənilib, mövzu ətrafında diskusiyalar aparılıb.