Məktəblilər "Heydər Əliyev və Naxçıvan" filmini izləyiblər - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Naxçıvan” filmi nümayiş olunub. Filmi Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri izləyib.

Naxçıvan televiziyası tərəfindən hazırlanan “Heydər Əliyev və Naxçıvan” filmində ümummmillli lider Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyi dövründə ölkənin, o cümlədən muxtar respublikanın hərtərəfli inkişafı barədə geniş məlumat verilir. Naxçıvanda atılan tarixi addımlar, qədim diyarın müdafiəsinin təşkili, üçrəngli bayrağın 70 il sonra ulu öndər tərəfindən Naxçıvan Ali Məclisində qaldırılması fakt və sənədlərin dili ilə diqqətə çatdırılır.   

Vurğulanır ki, ümummilli liderin yolu bu gün ölkəmizdə uğurla davam və inkişaf etdirilir, ordu quruculuğuna, təhsilin inkişafına xüsusi diqqət göstərilir, yeni məktəblər, elm mərkəzləri tikilir.

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: