Naxçıvanda Dövlət qulluğuna qəbul imtahanlarının test mərhələsi başlayıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 14 oktyabr 2020-ci il tarixdə elan olunmuş müsabiqənin test imtahanları mərhələsinə bu gündən start verilib.

Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, imtahanda namizədlərə qanunvericilik üzrə 40, Azərbaycan dili üzrə 15, informasiya texnologiyaları üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 30 sual olmaqla 100 sual təqdim edilir, sualları cavablandırmaq üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt verilir.

Test imtahanlarının nəticələri Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilir. Test imtahanlarında müvafiq keçid balını toplamış şəxslər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqdır.

Test imtahanları 24 dekabr 2020-ci il tarixədək davam edəcəkdir.

Qeyd edək ki, müsabiqəyə çıxarılan  205 vakant vəzifənin tutulması üçün 590 namizəd sənəd təqdim edib. Namizədlərin daha çox sənəd təqdim etdiyi dövlət orqanları sırasında Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi (150 nəfər), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (149 nəfər), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (80 nəfər) və Dövlət Sosial Müdafiə Fondu (33 nəfər) üstünlük təşkil edir.

                Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: