Tələbə mühəndislər Şahbuz Dövlət Təbiət Qoruğunda olublar - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ekskursiyada NDU-nun Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hamiliyinə verilən ekologiya mühəndisliyi ixtisasının 4-cü kurs tələbələri iştirak edib.
Tələbələrin diqqətinə çatdırılıb ki, 2003-cü ildə yaradılan Şahbuz Dövlət Təbiət Qoruğunda Azərbaycan Respublikasında yayılan bir çox quş və heyvan növlərindən 385-i məskunlaşıb. Ərazidə 3 minə yaxın bitki növü var.
Qoruğun ərazisində yerləşən informasiya mərkəzi, flora və fauna nümunələri, quş və heyvan növləri, burada yayılan bitkilər, qoruq ərazisindən tapılan qədim məişət əşyaları barədə geniş məlumatlar alan tələbələr qoruqla bağlı hazırlanan videoçarxa baxıblar.
Tələbələrin Batabat yaylasına da ekskursiyası təşkil olunub. Yüksək turizm potensialına malik olan Batabatın qış mənzərələri, xüsusilə Üzən ada gənclərin marağına səbəb olub.
Novruz Məmmədov