Tələbələr “Badamlı” Mineral Sular Zavodunda olub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin “Menecment” və “Naxçıvan” Universitetinin İqtisadiyyat ixtisasının IV kurs tələbələri “Badamlı” Mineral Sular Zavodunda olublar.
Zavodla tanış olan tələbələrə mütəxəssislər tərəfindən istehsalın xammaldan başlayaraq hazır məhsul mərhələsinədək bütün proseslər əyani şəkildə göstərilib.
Həmçinin tələbələr müəssisənin mineral sudoldurma sahəsində istehsal prosesi ilə yaxından tanış olublar. Tam mexanikləşdirilən bu zavodda tələbələr ilkin mərhələdə xam məhsul anbarına baxıb, mineral suyun doldurulması, etiket vurma və paketləmə sahələrində iş prosesini əyani olaraq izləyiblər.
Sonda istehsalat təcrübəsi keçən tələbələr Badamlı suyunun istismar olunduğu 5 nömrəli bulağa baxıblar.
Məhəmməd Fərəcov