AMEA Naxçıvan Bölməsi hesabat verdi - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AMEA  Naxçıvan Bölməsində  bölmənin  2020-ci ilə aid elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabatı olub.                                     

Hesabata başlamazdan əvvəl bölmədə cari il ərzində çap olunmuş elmi əsərlərdən və tətbiqyönümlü məhsullardan ibarət sərgiyə baxış olub.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev 2020-ci ildə görülmüş elmi işlərlə bağlı məruzə edib. Bildirilib ki, cari tədqiqat dövründə bölmə əməkdaşlarının 18 monoqrafiyası, 19 kitabı, 1 metodik vəsaiti, 462 elmi məqaləsi, 207 konfrans materialı, 12 tezisi olmaqla 719 elmi əsəri çap olunub, bir xəritə və bir buklet tərtib edilib. Ümumilikdə  174 əsər xaricdə nəşr olunub. Mə­qa­lələrin 57-si impakt faktorlu jur­nallarda, elmi məqalələ­rin isə 432-si beynəlxalq kod­­lu nü­fuzlu elmi jurnal­larda çapdan çıxıb. Həmçinin bölmədən seçilən 2 akademikin və 7  müx­bir üz­vün il ər­zin­də 100 əsəri, o cümlədən 6 mono­qra­fiyası, 3 kitabı, dərslik, metodik vəsait, elmi mə­qa­­lə və  konfrans ma­terialları çap­dan çıxıb. Əsər­lər­­dən 2 mono­qra­fiya, 19 mə­qalə, 12 konfrans ma­terialı xaricdə nəşr olunub.

Keçirilən “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemə­tul­lah Naxçıvani” bey­­nəlxalq konfransının və Nax­çı­van Muxtar Res­pub­likasının 95 il­li­yi ilə əlaqədar “Nax­çı­va­nın muxtariyyəti: ta­rix­də və gü­nümüzdə” respublika konfransı­nın materialları nəşr olunub, “Naxçı­van tarixi-mənbələrdə”, elə­cə də, 1 ki­tab və 4 mono­qrafiya, 260 məqalə ça­pa təq­dim edilib. O da qeyd olunub ki,  böl­mə­də iki seriya üzrə “Elmi əsərlər” və “Ax­tarış­lar” jur­nalı­nın hər birinin 3 nömrəsi çap­­dan çıx­ıb. Eyni zamanda cari ildə böl­mə üzrə 2 beynəlxalq sə­viyyəli qrant layihə­­si­nin icrası davam etdirilib.

AMEA Naxçı­van Bölməsi və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirli­yi­ “İlandağ” geoparkının yaradılması ilə bağlı lazımi işlər görür.  Geoparkın öyrənilməsi ilə bağlı ya­radılan tədqiqat qrupu tələblərə uy­ğun mate­riallar toplayıb, sistemləşdirib, tədqiq olunaraq qruplaşdırıb. Belə ki, Geoparkın ərazisində yerləşən 34 adda tarix-mədəniyyət, 41 adda arxeolo­ji abidənin və 32 adda geositin ətraflı təsvirləri verilib, pasport qeydiyyat kartları hazırlanıb.

Hesabat dövründə bölmənin xarici ölkələrin müvafiq qurumları ilə beynəlxalq əlaqələrindən bəhs edən İsmayıl Hacıyev bildirib ki, Bölmənin əməkdaşları 20-dən çox elm və təhsil mər­kəzi və bir çox ölkələ­rin alimləri ilə sıx elmi əla­qə­lər­­də оlaraq səmərəli əmək­daş­lıq ediblər.

Müvafiq dövr ərzində Bölmənin Maddi-texniki bazasının artırılması işi diqqətdə saxlanılıb. Bölmənin “Yaşıl Aptek”i yenidən qurularaq istifadəyə verilib.

Bölmənin Ordubad rayonunun Aşağı Əylis kəndində yerləşən Biokimyəvi tədqi­qat­lar laboratoriyasının bazasında bitkilərdən müxtəlif efir yağları, gülab, boya, doşab alınması planlaşdırılıb və artıq gülab istehsalına başlanılıb.

Cari müddət ərzində peşəkar kadrların hazırlanması istiqamətində də işlər görülüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən AMEA Naxçıvan Böməsinə hamiliyə verilən Naxçıvan Dövlət Universitetinin 5 ixtisası ilə elmi-tətqiqat mü­əs­sisə­lə­rində müvafiq layi­hələr çərçivəsində təd­­bir­lər keçiril­ib. Həmçinin müvafiq dövr çərçivəsində bölmə ilə Təhsil Nazirliyinin birgə həyata keçir­diyi “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində Naxçıvan şəhə­rinin ümumtəhsil məktəb­lərin­dən 50 şagird bölmə alimləri tərəfindən hamiliyə götürülərək, fərdi və kollektiv şə­kil­də tədqiqatlara cəlb edilib və uğurlu nəticələr əldə olunub.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və digərləri məruzə ətrafında çıxış edərək görülən işlər barədə məlumat veriblər.

Sonda bölmənin əməkdaşlarından Pərviz Fətullayevə və Fizzə Quliyevaya “İlin alimi” diplomları təqdim olunub.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: