Ali təhsil ocağında dəyirmi masa keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi  xəbər verir ki, Naxçıvan Dövlət Universitetində təşkil olunan dəyirmi masada “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni əsr və III minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabı müzakirə edilib.

Universitetin  rektoru Elbrus İsayev gənc nəslin vətənpərvərlik, tarixi kökə bağlılıq ruhunda tərbiyə edilməsində kitabın əhəmiyyətindən danışıb. Bildirilib ki,  tariximizin bütün dövrlərinin təhlil olunduğu kitab xalqımız üçün əhəmiyyət kəsb edən tarixi məqamları əhatə edir.

Vurğulanıb ki, Ümummilli liderimiz hər zaman gənclərimizə böyük diqqət bəsləyib, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət edib və dəfələrlə Azərbaycanın gələcəyinin gənclərin əlində olduğunu qeyd edib.

Sonda Yeni Azərbaycan partiyası sıralarına qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib. Tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb. “Ümummilli lider Heydər Əliyev və Azərbaycan dövlət müstəqilliyi” adlı videoçarxa baxış olub.

Qeyd edək ki,  “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni əsr və III minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabı oxunması zəruri olan kitabların siyahısında yer alır. 

                                                  Telli Mustafayeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: