Tələbələr istehsalat təcrübəsində olublar - FOTOLAR
Dövlət Baytarlıq Xidmətinə hamiliyə verilən Naxçıvan Dövlət Universitetinin baytarlıq təbabəti ixtisasının V kurs tələbələri Gəmiqaya Heyvandarlıq Kompleksində istehsalat təcrübəsində olublar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tələbələrə məlumat verilib ki, kompleks maddi-texniki bazasına və fəaliyyət dairəsinə görə muxtar respublikada iri heyvandarlıq təsərrüfatlarından biridir. Kompleksdə simmental, holşteyn-friz və şvis cinsli mallar bəslənilir. Son illər muxtar respublikamızda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində aparılan tədbirlər heyvandarlıq məhsulları istehsalının artırılmasına və keyfiyyətinin yaxşılaşdırılmasına müsbət təsir göstərir.
Dövlət Baytarlıq Xidmətinin əməkdaşlarından Rübabə Hüseynzadə və Həsən Həsənov tələbələrə mal-qaraya zoobaytar qaydaları əsasında qulluq göstərilməsinin və baytarlıq tədbirlərinin vaxtlı-vaxtında aparılmasının vacibliyini önə çəkiblər.
Tələbələri maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.
Məhəmməd Fərəcov